#Rəqəmsal media
19.11.2020
Youtube kanal sahiblərinin yaradıcı və media yayımlarını müxtəlif üsullarla istehlakçılar ilə əlaqələrinin adaptasiyasında kömək etmək üçün ilk audio reklam formatını təqdim edir. Bu format vasitəsi ilə istifadəçilər artıq reklam dinləyəcək və sizin brendinizin kampaniya və xidmətləri haqqında məlumatları səsli olaraq yadda saxlayacaq. Bu reklam növü hazırda beta test versiyasında bəzi ölkələrdə müəyyən sayda istifadəçi üçün əlçatandır.
Bəs bu reklam necə yayımlanacaq? Audio reklamlar "Youtube music" platforması üçün nəzərdə tutulub. Bir növ podkast reklamı da hesab etmək olar.
Düşünürəm bunu hətta radio reklamlarla bənzər hesab etmək olar, çünki eynən radioda da biz səsli reklamları dinləyirik.
YouTube dən verilən məlumata əsasən audioreklamların 75% dan çoxu müştərilərin brend haqqında geniş məlumatlı olması ilə nəticələnmişdir.
Həmçinin yaxın zamanda dinamik musiqi tərkibləri əlavə olunmağa hazırlanır ki, bu reklam verənlərə musiqi janrları əsasında müxtəlif targetlərə fokuslanmağa və daha geniş istifadəçi kütləsini əhatə etməyə imkan yaradacaq. Məsələn, "Latın musiqisi", K-Pop, "Hip-Hop", "Top 100" kimi janr və maraqları hədəf kütləsinə əlavə etmək mümkün olacaq.
Audioreklamlar beta-versiyada Google Ads və Display&Video 360 auksionu üzərindən CPM əsasında eyni target parametrləri, satış strategiyaları və Brand Lift ölçülməsi imkanları ilə əlçatandır. Bu imkanlar eynən YouTube videoservisində də mövcuddur.
Mahir Mədətov
0 rəy