#STARTAP
17.09.2020
Velosipedçilər üçün virtual bir dünya yaradan və onları onlayn oyunçu halına gətirən startap Zwift 450 milyon dollar investisiya alıb.
Zwift indiyə qədər ümumilikdə 1 milyard dollar investisiya əldə edib. Ümumilikdə 190 fərqli ölkədən 2,5 milyon istifadəçisi olan Zwift istifadəçilərinə 10 virtual aləmdə 385 km ərazi təklif edir.
Zwift istifadəçiləri bu virtual aləmlərdə istədikləri kimi velosiped sürə bilirlər. Evdə idmanla məşğul olmağınız üçün həm proqram təminatı, həm də idman məhsulları təqdim edən Zwift, istifadəçilərinə daha əhatəli və problemsiz bir təcrübə təqdim etmək üçün çalışmağa davam etdiyini də bildirib.
Nofəl Əliyev
0 rəy