#TEXNOLOGİYA
23.11.2020
Türkiyədə qanadlı raketlər üçün yerli turboreaktiv mühərriklərin seriyalı istehsalı həyata keçiriləcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Kale Şirkətlər Qrupunun direktor müavini vəTtexniki Departamentinin rəhbəri Osman Akyay yeni mühərriklərin sınaqlarının cari ilin dekabr ayının ortalarından gec olmayaraq başa çatacağını açıqlayıb.
Onun sözlərinə görə, yeni mühərriklər Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün SOM (Stand off Missile) böyük məsafəli qanadlı raketlərin yaradılması layihəsi çərçivəsində hazırlanıb.
O.Akyay xatırladıb ki, Kale Şirkətlər Qrupu müdafiə sahəsində kifayət qədər təcrübəyə malikdir və hələ 1987-ci ildə Stinger raket istehsalı layihələrində iştirak edib.
“Düşünürəm ki, 2021-ci ildə yerli istehsal olan turboreaktiv mühərriklər türk ordusunun inventarında yer tutacaq", - deyə O.Akyay əlavə edib.
Tariyel Ağazadə
0 rəy