#QARABAĞ AZƏRBAYCANDIR!
19.11.2020
8 Noyabr 2020-ci il tarixində Azərbaycan Cənubi Qafqazın mərkəzi Şuşa şəhərini işğaldan azad etdi. Şuşanın həm yerləşməsi, həm də təbiəti onun regionun texnoloji mərkəzi olmağına imkan yaradır.
Mərkəz niyə yaradılmalıdır?
İranın qərb ölkələri ilə münasibətinin pis olması onun beynəlxalq innovasiya bazarına inteqrasiyasına imkan vermir.
İranda güclü texniki biliklərə malik həmvətənlərimiz var ancaq məhdudiyyətlərə görə mühəndislər yalnız yerli bazara fokuslanmış startaplar hazırlayırlar. Çox vaxt bu beynəlxalq bazarda olan startapların təkrarı olur.
Şuşa və Azərbaycan region startaplarının xarici bazara çıxmasında körpü rolunu oynaya və özündə də bu sahəni inkişaf etdirə bilər. Əlavə olaraq Azərbaycanda həyat digər mərkəzlərlə müqayisədə daha ucuzdur və təbiəti daha əlverişlidir.
Şuşanın Cıdır Düzündə kod yazmaq kimə həzz verməzki?!
Bəs sizcə Azərbaycan Şuşada belə mərkəz yaratmalıdırmı?
Tariyel Ağazadə
0 rəy