#FİLM
07.09.2020
Bu filmlər sizi öz işinizi başlamağa həvəsləndirəcək və ən əsası böyük şirkətlərin necə qurulduğunu əyani şəkildə göstərəcək.
1. The Social Network - Mark Zuckerberg'in Harvardda oxuduğu müddətdə Facebook-u necə yaratdığını və daha sonra ideyalarını oğurladığını iddia edən iki qardaş və şirkətdən qovulan ən yaxşı dostu tərəfindən necə məhkəməyə verildiyini izah edir.
2. Pirates of Silicon Valley - 1971 - 1997-ci illərdə Steve Jobs və Bill Gates arasındakı rəqabətdən bəhz edir. Film 1999-cu ildə, Steve Jobs-un Apple-dakı ikinci gəlişində çiçəklənməyə başladığı zaman təqdim olunmuşdu.
3. The Founder - Michael Keaton-un rol aldığı film, dünyanın ən böyük restoran biznesi halına gələn McDonald’s fast-food restoranlar şəbəkəsini yaradılmasından bəhs edir.
4. Steve Jobs - Danny Boyle-un rejissoru və Aaron Sorkin-in (The Social Network'u da yazan) müəllifi olan Steve Jobs digərlərindən fərqli filmdir. Yalnız 3 ardıcıllığı özündə cəmləşdirən film, Jobs’un həyatındakı mühüm məqamları əks etdirir.
5. Startup.com - Dotcom təşvişi dövründə internet şirkətlərinin yüksəlişi və enməsi barədə daha çox məlumat əldə etmək istəyirsinizsə, onda Startup.com sizin üçün mükəmməl filmdir.
Bəs siz startap mövzusunda hansı filmləri izləmisiniz?
Tariyel Ağazadə
0 rəy