#Kriptovalyuta
13.01.2021
Bildiyimiz kimi kriptovalyuta bazarında yatırım edən bir çox istifadəçi bitcoin kimi dəyərli pul vahidlərini dijital şifrələrlə qoruyurlar. Bu şifrələrin unudulması isə bitcoin sahiblərini ciddi miqdarda zərərə sala bilir. San Fransiskoda yaşayan Stefan Thomas adlı bir şəxsin başına bu hadisə gəlib. O, içində 7200 ədəd bitcoinin olduğu dijital cüzdanın şifrəsini unudub. Thomas əgər şifrəni xatırlamasa 220 milyon dollar dəyərindəki bitcoinləri itirəcək.
Bitcoinlərini IronKey adlı dijital cüzdanda saxlayan Thomas illər öncə kağıza yazdığı şifrələri itirib. Sahib olduğu 7200 bitcoin Thomasa vaxtilə hazırladığı "Bitcoin nədir" adlı videoya görə hədiyyə edilmişdi.
IronKey istifadəçilərə şifrəni xatırlaya bilmələri üçün 10 şans verir. Thomas bu şanslardan artıq 8-ni istifadə edib. Daha öncə bütün yadına saldığı şifrələri yoxlayan Thomasın cəmi 2 şansı qalıb.
Nofəl Əliyev
0 rəy