#araşdırma
14.01.2021
Samsung Display, Çinin yerli sosial media platforması Weibo-da paylaşılan video ilə bizi valeh etdi. Videoya görə, Samsung-un ekran altına yerləşdirilmiş kameralı ilk məhsulu smartfon deyil, notbuk ola bilər.
Home düymələri və böyük telefon dizaynları ilə vidalaşdıqdan sonra, smartfon istehsalçılarının dizaynda ən böyük yarışı, daha yüksək ekran-bədən nisbətini təklif etmək oldu . Ekran / gövdə nisbətini artırmaq üçün ən uyğun həll pop-up kamera dizaynı olsa da mexaniki hissənin həssaslığı və qısa zamanda problemlərlə üzləşməsi istehsalçıların yeni dizayna Dəlikli Ekran dizaynına keçməsinə səbəb oldu.
Dəlikli ekran dizaynının hazırda trend olmasına baxmayaraq, ekrana yerləşdirilmiş ön kamera dizaynının gələcəkdə dəlikli ekranın yerini alacağı gözlənilir. Cənubi Koreyalı texnoloji nəhəngi Samsung da ekrana yerləşdirilmiş ön kamera texnologiyası üzərində işləyən şirkətlər arasındadır, lakin görünən odur ki, Samsung texnologiyanı flaqman bir smartfona çıxarmazdan əvvəl fərqli bir məhsul üzərində test etməyi planlaşdırır.
Samsung ekran altına yerləşdirilmiş kamera texnologiyasını smartfondan əvvəl notbukda istifadə edə bilər
Samsungun ekranın altına yerləşdirdiyi ön kameralı notbuku
Samsung Display-in Weibo səhifəsində yayımlanan bir videoya görə, şirkət noutbuklarında 93% ekran-gövdə nisbətinə çatmağı və ekran çərçivələrini aradan qaldırmaq üçün laptopun veb kamerasını OLED ekranının altına yerləşdirməyi planlaşdırır.
Əvvəllər paylaşılan ekrana yerləşdirilmiş ön kamera prototipləri və ekrana yerləşdirilmiş ön kamera ilə dünyanın ilk telefonu olan ZTE Axon 20 5G, ekrana yerləşdirilmiş kamera texnologiyasının hələ də inkişaf etdirilməsi lazım olduğunu göstərirdi. Bu səbəbdən Samsung, bu texnologiyanı flaqman smartfonda təklif etməyin riskli olacağını anlayıb notbuklarda “test” etməyi planlaşdırır.
Bir dizüstü kompüterin ön kameranı sınaması adi bir üstünlük olmasa da, ticarət səbəbi başa düşüləndir. Kamera keyfiyyəti bir dizüstü kompüterin marketinq detallarından biri deyil. Bu səbəbdən, 93% ekran / gövdə nisbətini təklif edən bir OLED ekrana sahib bir laptop, veb kamerası gözləntilərin altında bir keyfiyyət təqdim etsə də istehlakçılar tərəfindən qəbul edilə bilər. Samsung, “Blade Bezel” adlanan bu noutbukun sahiblərindən geribildirim toplaya və ekrana yerləşdirilmiş kamera texnologiyasını smartfonlarda təqdim edə bilər.
Samsungun Ekran altında gizlədilən kameralı notbukun videosu
https://youtu.be/Uc2mBKycUcc
0 rəy