#STARTAP
23.11.2020
Azərbaycanda proqramçılar üçün "Startup Studio" formatında keçiriləcək xüsusi proqramın 27 Noyabr saat 11:00-da info sessiyası baş tutacaq. İnformasiya sessiyasında proqram haqqında ən çox verilər suallar və onlayn sessiyada veriləcək bütün əlavə suallar cavablandılıcaq.
Xatırladaq ki, proqram 3 mövzunu əhatə edəcək: yerli işçi qüvvəsi üçün onlayn platforma, marketdən çatdırılma platforması və tədbir planlama platforması. Layihənin təşkilatçısı Maestro şirkətidir. Əsas dəstəkçi isə SUP.VC Akselerasiya mərkəzidir.
Maestro, ölkədə yerli startaplara maliyyə və inkişaf mövzusunda dəstək olan şirkətdir. SUP.VC beynəlxalq bazara fokuslanmış yerli startaplara akselerasiya və investisiya dəstəyi göstərən mərkəzdir.
Proqrama qəbul olunmuş namizədlər ilin sonu keçiriləcək hakatonda iştirak edəcək və təqdim olunmuş mövzular ətrafında öz layihələri üzərində işləyəcəklər. Hər mövzuda bir qalib komanda Maestro tərəfindən dəstəklənəcək. Komanda üzvləri öz layihələri üzərində işləyərək aylıq maaş və startapdan hissə (pay) alacaqlar.
Proqram əsasən proqramçılar və texniki bilikli insanlar üçün nəzərdə tutulub. Proqrama buradan qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/Ko9hwKsMNNPvoZuK9
Rəsmi sayt: http://maestro.tech.az/
Tariyel Ağazadə
0 rəy