#MARAQLI
23.11.2020
Amazonun keçmiş əməkdaşlarından biri MeowTalk adlı bir tətbiq hazırlayıb. Bu tətbiq pişiklərin miyoldayarkən hiss etdiklərini ingilis dilinə çevirir. Tətbiqin iş mexanizminı uyğun olaraq pişiyin sahibi pişik səslərini tətbiqə qeyd etməli və nə demək istədiklərini yazmalıdır.
Bundan sonra tətbiq oxşar səslər qəbul etdikdə fərqi özü verir.
Tətbiqdə hazırda 13 ifadə mövcuddur. Bunların içində "Acam, yemək verin!", "Hirsliyəm!", "Məni tək qoyun!", "Salam!" kimi ifadələr də mövcuddur.
Bu günə qədər aparılan tədqiqatlar göstərir ki, pişiklərin ortaq bir dili yoxdur. Hər pişiyin miyoltusu bənzərsizdir və sahibinə görə dəyişir. Bu səbəbdən MeowTalk, bütün pişiklərin səslərini birləşdirən bir baza əvəzində hər pişik üçün ayrı bir profil yaradıb.
Tətbiqin növbəti hədəfi ağıllı boğazlıq hazırlamaqdır. Pişiklərin boğazında olacaq ağıllı boğazlıq pişiyin miyoltusuna uyğun olaraq nə demək istədiyini insan səsi ilə səsləndirəcək.
Tətbiqin təsisçilərindən olan Javier Sanchez tətbiqlə bağlı fikirlərini səsləndirərkən "Bu, insanların koronavirus tədbirləri çərçivəsində evə kilidləndiyi və pişikləri ilə daha çox vaxt keçirdiyi bir dövrdə xüsusilə vacibdir. Beləliklə, insanlar pişiklərinin niyyətini anlaya və vacib bir əlaqə qura bilərlər." deyə bildirib.
Tətbiq həm Google Play Store, həm də Apple App Store-da mövcuddur. Hələ inkişafının başlanğıc mərhələsində olduğu üçün tətbiqlə bağlı bəzi şərhlər mənfidir. Bəzi istifadəçilər tətbiqin səhvlərindən şikayətlənirlər.
Bir istifadəçi tətbiqin pişiyinin miyoltularının 90 %-ni "aşiq oldum" kimi tərcümə etdiyini bildirib. İstifadəşi tətbiqlə bağlı "Pişiyimin həqiqətən mənə aşiq olduğunu düşünməyi sevirəm, amma oyun oynayarkən əsəbləşib çıxartdığı səsi də eyni tərcümə etdiyinə görə bu proqrama inanmıram" deyə rəy bildirib.
0 rəy