#BİZNES
04.12.2020
Netflix şirkəti Türkiyənin təkidlərindən sonra nəhayət ki, Türkiyə ofis açacaq. Şirkətin Türkiyə komandasına ev sahibliyi edəcək bu yeni ofis 2021-ci ilin ikinci yarısında qapılarını açacaq və təbii ki, yeni iş imkanları da yaradacaq.
Netflix şirkətinin təsisçisi və CEO-su Reed Hastings məsələ ilə bağlı belə açıqlama edib:
"Türkiyə zəngin mədəniyyəti və qədim hekayə nəqletmə ənənəsi ilə bizim üçün çox dəyərli ölkədir. Odur ki, İstanbul kimi möhtəşəm bir şəhərdə ofis açmaqdan qürur duyuruq. Türkiyədəki 3 milyondan çox abunəçimizə və bütün səhmdarlarımıza dəstək olduqları üçün təşəkkür edirik."
Qeyd edək ki, Netflix platformasında yayımlanan orijinal Türk layihələrini ən çox izləyən 20 ölkəyə (əlifba ardıcıllığı ilə) ABŞ, Argentina, Avstraliya, Birləşmiş Krallıq, Braziliya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Kolumbiya, Meksika, Polşa, Səudiyyə Ərəbistanı və Çili daxildir.
Tariyel Ağazadə
0 rəy