#FİLM
31.08.2020
Netflix, son zamanlar aldıqları maraqlı qərarları ilə həm istifadəçilərini, həm də potensial istifadəçilərini təəccübləndirməyə davam edir.
Netflix'in bir neçə ay öncə aldığı qərarlardan biri də qeyri-aktiv hesabları bağlayacağını elan edərək, heç bir ödəniş etməyənlərin hesablarını ləvğ etdi.
Dünyanın ən populyar rəqəmsal film və serial platforması indi “Free Netflix Watch” kimi bir seçim irəli sürüb. Bu seçim əvvəlki pulsuz sınaqdan fərqlənir. Çünki platformada bəzi Netflix orijinal serial və filmləri var. Stranger Things və Elite kimi seriallardan əlavə Murder Mystery, The Two Papa, Bird Box kimi orijinal filmləri pulsuz izləmək mümkündür. Amma qeyd edək ki, serialın bütün mövsümləri açıq deyil. Belə ki, bir epizod izlədikdən sonra, siz əgər istəsəniz üzvlük yarada bilərsiz.
Bu xüsusiyyət hazırda yalnız veb üçün aktivdir. Telefonunuzda və ya ağıllı TV-də Netflix daxil olmaq istəyirsinizsə, pulsuz baxışdan istifadə edə bilməyəcəksiniz.
Murad Koroğluyev
0 rəy