#VAKANSİYALAR
02.12.2020
Goldenpay Mobil tətbiq üzrə proqramçı vəzifəsi üzrə vakansiya elan edir. Ionic Framework üzrə təcrübəli olmalıdır.
TƏLƏBLƏR:
Ionic Framework üzrə təcrübə (xüsusilə Ionic 5 üzrə)
Digər cross-platform framework-lər üzrə təcrübə (arzuolunandır)
Həm Android, həm də iOs platformaları üçün mobil tətbiqlərin yaradılması üzrə təcrübə
Mobil tətbiqlərin performans, keyfiyyət, responsivlik və sairə tələblərini başa düşmək, bu sahədə təcrübəli olmaq
Məhsulun yaradılması komandası, dizaynerlər və menecerlərlə sıx ünsiyyətdə işləyə bilmək
ÖHDƏLİKLƏR:
Hesab.az mobil tətbiqinin dəstəklənməsi, yeni modul və feature-ların yaradılması
Yeni mobil tətbiqlərin yaradılması və dəstəklənməsi
Mobil tətbiqin RESTful servislərlə inteqrasiyasının həyata keçirilməsi
Problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması
Məhsulun yaradılması üzrə vaxt qrafiki və layihə planına riayət etməklə komanda daxilində işləmək
Gördüyü işlər üzrə rəhbərinə hesabat təqdim etmək
ƏMƏK HAQQI:
Təcrübəsindən asılı olaraq, 1500-1800 AZN arası
Qeyd edilən tələblərə uyğun olan namizədlər “Mobil tətbiq üzrə proqramçı” başlığı ilə [email protected] ünvanına öz CV-lərini göndərə bilərlər.
Yalnız ilkin kriteriyalara uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Tariyel Ağazadə
0 rəy