#COVİD-19
08.01.2021
Uelsdə həm koronavirusa (Kovid-19) qarşı hazırlanmış peyvəndin tətbiq olunmasına, həm də peyvəndin bədəndə yaratdığı dəyişikliklərin izlənilməsinə imkan verəcək cihaz üzərində işlər aparılır.
Swansea Universitetinin alimləri cihazın Kovid-19-a qarşı peyvəndin vurulmasından sonra bədəndəki dəyişiklikləri izləyəcəyini və peyvəndin effektivliyi barədə məlumat verəcəyini açıqlayıb.
Peyvənd cihazdakı mikro iynələr vasitəsi ilə insana tətbiq olunacaq və eyni zamanda şəxsin dərisindəki biohissəcikləri izlənəcək.
Layihəyə rəhbərlik edən Dr. Sanjiv Sharma "Peyvəndin bədəndəki hərəkətini və effektivliyinin ölçülməsi əvvəllər yerinə nəzərə alınmamış tələbatları müəyyən edəcək və peyvəndlərin inkişafına innovativ bir yanaşma təmin edəcək" deyə bildirib.
0 rəy