#Avtomobil
24.09.2020
Yeni qərar elektrikli nəqliyyat vasitələri və hidrogen kimi alternativ yanacaqlardan istifadə edən nəqliyyat vasitələri üçün böyük bir təkan olacaq və Kaliforniya artıq sürətlə artan bu sektoru inkişaf etdirə biləcək.
Kaliforniya qubernatorluğunun etdiyi açıqlamaya görə Kaliforniyadakı karbon çirklənməsinin yarıdan çoxu nəqliyyat sektoru tərəfindən yaranır. Bunun% 80-i duman əmələ gətirən çirklənmədən və % 95-i də zəhərli dizel emissiyalarından yaranan məsullardır.
"Bu, dövlətimizin iqlim dəyişikliyi ilə mübarizə üçün ata biləcəyi ən təsirli addımdır" deyən Vali Newsom sözlərinə belə davam elədi “Onilliklərdir ki, avtomobillərə uşaqlarımızın və ailələrimizin nəfəs aldığı havanı çirkləndirməsinə icazə verdik. Avtomobillərin uşaqlarımızı astma etməyə, meşə yanğınlarını daha da pisləşdirməyə və günümüzü daha çox tüstülü hava ilə keçirməsinə icazə verməməliyik! Avtomobillər buzlaqları əritməməli və əziz çimərliklərimizi və sahil xətlərimizi təhdid edən dəniz səviyyəsini qaldırmamalıdır. ”
Qərardan sonra California Air Resource Board, 2035-ci ilə qədər minik və yük maşınlarının satışının 100% sıfır emissiya olmasını təmin edəcək qaydalar hazırlayacaq.
2035 hədəfinin qoyulması istixana qazlarında azalmanın 35% -dən yuxarı olmasına və avtomobillərdən çıxan azot emissiyalarının oksidlərində 80% yaxşılaşdırılmasına nail olacaqdır.
İdarə heyəti, orta və ağır nəqliyyat vasitələrinin əməliyyatlarının 2045-ci ilə qədər tamamilə sıfır emissiya olmasını tələb edən qaydalar da hazırlayacaq.
Sərəncama əsasən, dövlət qurumlarından özəl sektorla ortaq şəkildə sərfəli yanacaq və enerji doldurma məntəqələrinin yerləşdirilməsini sürətləndirmələri tələb olunacaq. Bu qanun, eyni zamanda “ekologiya dostu” nəqliyyat vasitələri istehsal edən şirkətlərə geniş imkanlar təqdim edəcək.
Bu qərar kaliforniyalılardan benzinlə işləyən maşınlarını dəyişməyi və qazla işləyən maşınlarını ikinci əl avtomobil bazarında satmağı tələb edə bilməz.
Açıqlamaya görə, Kaliforniya təşəbbüsü ilə qazla işləyən avtomobillərdən imtina etməyə qərar verən 15 ölkəyə qoşulur.
Sıfır emissiya ilə işləyən vasitələrin fosil yanacaqla işləyən avtomobillərdən daha ucuz və daha yaxşı olacağı fərziyyəsi özü ilə əhəmiyyətli problemlər yaradır.
Elektriklə işləyən avtomobillər üçün çoxlu enerji doldurma məntəqələri, hidrogenlə işləyən avtomobillər üçünsə böyük və xərci çox olan yanacaq doldurma stansiyalarının quraşdırılmalına ehtiyac olacaqdır. Daha sürətli şarj etməyi təmin etmək üçün yeni şarj texnologiyaları tətbiq edilməli və Kaliforniya hökumətinin tələb etdiyi qərarı həyata keçirmək üçün yeni maliyyələşdirmə modelləri tətbiq olunmalıdır.
Bu fürsət bazarın nəgəngi Tesla və yeni elektrikli avtomobil istehsalçıları üçün qaynar rəqabət şəraiti yaradacaq. Yeni şarj texnologiyası və ekoloji həllər üzərində işləyən startuplar satışlarında olan yüksəliş üçün Newsom'a təşəkkür edəcəklər.
0 rəy