#TEXNOLOGİYA
26.11.2020
Keçmişdə Apple ilə əlaqəli sızmalarda özünü yaxşı sübut edən nüfuzlu insayder Jon Prosser, 2021 iPhone ailəsindəki yeniliklər haqqında danışıb.
Twitter-dəki son yazısında Prosser, 2021-ci ilin yeni iPhone'ların (ehtimal ki, iPhone 13 adlanır) ən azı birinin şarj konnektoru olmayanmodelin olacağı və yalnız MagSafe vasitəsilə şarj olunacağını bildirdi.
İnsayderə görə, Apple heç vaxt USB-C lehinə lightning-dən imtina etməyəcək, əksinə şirkət simli şarj konnektorunu tamamilə aradan qaldıracaq. Mənbə, iPhone 13-ün nəhayət 120Hz ekranı alacağını da iddia edir.
Tariyel Ağazadə
0 rəy