#TEXNOLOGİYA
25.11.2020
Nikkei hesabatına istinad edən bir mənbəyə görə, iPhone 12-nin maya dəyəri 373 dollardır. Cihazın ən bahalı komponenti OLED ekranıdır - 70 dollar dəyərindədir.\
Tək çipli Apple A14 Bionic platformasının dəyəri 40 dollar, SK Hynix RAM - 12,8 dollar, Samsung flash yaddaş - 19,2 dollar, Sony tərəfindən istehsal olunan CMOS sensorlar - 8 dollardır. Ümumiyyətlə, komponentlərin əksəriyyəti Cənubi Koreya şirkətlərindən alınır.
Qeyd etmək lazımdır ki, cihazın pərakəndə satış qiymətinin ancaq yarısı maya dəyərini təşkil edir, çünki komponentlərin istehsalı, reklam, marketinq, logistika və bir çox digər məqamlar da nəzərə alınmalıdır. ABŞ-da iPhone 12-nin qiyməti hazırda 800 dollardan başlayır. Maraqlıdır ki, pərakəndə satış qiymətindəki daha böyük fərqlə (ABŞ-da 1000 ABŞ dollarından), iPhone 12 Pro-nun maya qiyməti cəmi 33 dollar daha yüksəkdir.
Tariyel Ağazadə
1 rəy