İnsanları kosmosa aparacaq turistik roketin daxili görüntüləri yayıldı - FOTOLAR
Virgin Galactic şirkəti,
VSS Unity turistik kosmik gəmisinin daxili interyerinin şəkillərini yayımlayıb. Nümayiş 28 İyulda virtual təqdimatda baş tutub.
Kabində 6 alüminium və karbon lifli sərnişin oturacaqları yerləşdirilib və hər bir oturacaq əvvəlcədən sərnişinə uyğun olaraq hazırlanacaq.
Həmçinin gəmidə Dünyanı və ətrafı müşahidə etmək üçün hər tərəfdən 12 böyük pəncərə vardır.
İnteryer, Londonda yerləşən agentlik
Seymourpowell ilə birlikdə hazırlanmışdır.
Gəminin interyerinə xüsusi tətbiq vasitəsilə baxmaq mümkündür: Virgin Galactic tətbiqi Google Play və App Store-da mövcuddur.
0 rəy