#BİZNES
24.11.2020
Bloombergin milyonerlər Indeksinə görə, Sərvətini 7 milyard dollardan çox artıran İlon Mask, Bill Gates-i geridə qoyaraq dünyanın ikinci varlı adamı oldu. Mask-ın tezliklə Jeff Bezos-u keçəcəyi ehtimalı isə azdır.
SpaceX, Tesla və Boring Company kimi bir çox şirkətin qurucuları arasında yer alan, 21-ci əsrin ən diqqətəlayiq iş adamı və təşəbbüskarı olan İlon Mask, gördüyü işlərin maddi dəyərini də kifayət qədər alır.
2020-ci ilin əvvəlindən bəri Tesla-nın səhmlərinin artması ilə sərvətinə sərvət qatan Mask, Bloombergin milyonerlər indeksinə görə, Microsoft-un qurucusu Bill Gates-i geridə qoyaraq hazırda dünyanın ən zəngin ikinci adamı sırasına yüksəlib.
İlon Mask, 2020-ci ilin əvvəlində yalnız 27,6 milyard dollar sərvətə sahib idi və ən varlı insanlar siyahısında 35-ci sırada yer alırdı. Bloomberg-ə görə, son 11 ayda Teslanın səhmləri ilə sərvəti 100,3 milyard dollar artan Mask, ümumi sərvətini 127,9 milyard dollara çatdırıb.
Milyonerlər indeksinə nəzər saldıqda Maskın son həftədə sərvətini 7.2 milyard dollar artırdığını görürük. Bill Gates, sərvətini yalnız 67,3 milyon dollar artıra bilsə də siyahıda Maskdan geri düşüb.
Sərvətindən 713 milyon dollar itirməsinə baxmayaraq, Jeff Bezos 182 milyard dollarlıq sərvətilə hələ də dünyanın ən zəngin insanıdır.
0 rəy