#araşdırma
31.12.2020
Dünyadan da mavi olan Neptundan yeni görüntülər paylaşıldı. Fırtına elm adamları tərəfindən böyük maraq doğurur.
![]() |
Günəş sistemindəki planetlərin ən mavisi olan Neptundakı fırtınalar planetimizdə gördüyümüz fırtınalardan daha güclüdür. Fırtınaların meydana gəlməsi, böyüməsi və planetdə yayılması üçün 2 Dünya ili lazımdır .
2 il əvvəl elm adamları tərəfindən kəşf edilən fırtına isə, bu quruluşa uymur. Bu fırtına zəifləmə mərhələsindən sonra gözlənilmədən Neptun atmosferində müşahidə olunmağa davam etdi. Atlantik okeanından daha böyük olan bu fırtına bir daha qeydə alındı.
Hubble-dan yeni şəkillər
Bu fırtına ilk dəfə Hubble Kosmik Teleskopu tərəfindən 2018-ci ildə müşahidə edilmişdi. Planetin şimal yarımkürəsində baş verən fırtınanın, digərləri kimi zamanla zəifləyəcəyi gözlənilirdi.Keçən il aparılan müşahidələrdəsə fırtınanın ekvator bölgəsinə doğru irəlilədiyi bildirilmişdi.
2020-ci ilin avqust ayında müşahidələrin nəticələri görə fırtınanın köhnə bölgəyə qayıtdığını və sahəsinin iki dəfə artdığını müşahidə olundu. Alimlər açıqlamalarında bu yeni dövrün əvvəllər görülmədiyini söylədilər.
Əslində, Neptunun quruluşunu nəzərdən keçirdikdə , planetin davamlı fırtına yaşaması normaldır, hətta gözləniləndir. Yenə də dünyadan baxanda bu cür fırtınaların Neptunda baş vermə ehtimalı yox idi.
Neptun fırtınaları sürpriz oldu
![]() |
Mavi mərmərə bəzədilən Neptunun içərisində başlayan fırtınaları yalnız 1989 – cu ildə, Voyager 2 kosmik gəmisi planetə yaxınlaşdıqda bilirdik . Hətta planetin Jupiterin böyük qırmızı nöqtəsinə bənzəyən bir fırtına mərkəzi olduğu ortaya çıxmışdı. Bu nöqtəyə Böyük Qara Ləkə deyilir .
Daha sonra bu nöqtənin yoxa çıxdığı və digər fırtına mərkəzlərinin meydana gəldiyi müşahidə edildi. Planetin atmosferində davamlı olaraq fırtınalar başladığı üçün müəyyən bir nöqtədən sonra fırtına mərkəzlərinə daha normal adlar verildi. Yeni şəkillərdəki fırtına, hələ planetlə əlaqəli daha çox şey öyrənməli olduğumuzu xatırlatdı.
0 rəy