#MARAQLI
21.01.2021
Həvəskar fotoqraf Sulabh Lamba gün batarkən yerə yaxın bir görünüşdə olan Günəşlə optik illüziyalar yaradaraq maraqlı fotolar çəkir.
Futbolçuların müəyyən mövqelərdə ixtisaslaşaraq özlərini inkişaf etdirdikləri kimi, fotoqrafların da müəyyən bir üsluba diqqət yetirməsi və bu üslubda ixtisaslaşması adi haldır. Hindistanın paytaxtı Yeni Dehlinin təqribən 100 kilometr cənub-qərbində yerləşən kiçik Golia kəndində yaşayan 22 yaşlı həvəskar fotoqraf Sulabh Lamba fotoqraflığı hobbi kimi görür.
2014-cü ildə National Geographic-in fotoşəkil yarışmasını gördükdən sonra Instagram hesabı açaraq fotoqraflığa başladığını bildirir.
Lamp fotoşəkil çəkməyə 2 MP-lik bir kamera ilə başladığını və hazırda 70-300 mm lensli Nikon D5300 kamerası və Xiaomi Mi 10T və Poco X2 smartfonlarına sahib olduğunu söyləyib.
0 rəy