#STARTAP
08.09.2020
Growth Hacking, yalnız böyüməyə yönəlmiş strategiyalar üçün bir vasitədir. Ümumilikdə isə kiçik büdcələrlə qısa müddətdə kütləvi böyüməyə ehtiyacı olan erkən mərhələli startuplarla əlaqəli olaraq istifadə olunur. Qısa desək: az xərc = çox istifadəçi.
"Growth Hacking" termini 2010-cu ildə GrowthHackers platformasının qurucusu və CEO'su Sean Ellis tərəfindən yaradılıb və elə dünyanın ilk Growth Hacker'i o sayılır.
Growth Hacking'in bir neçə əsas yolları var:
1. Viral Marketing - bir markanın və ya məhsulun potensial satışını yarada bilən virus kimi, başqa sözlə, məhsulu sürətli və insandan insana yayan marketinqdir.
2. Digital Marketing - məhsul və xidmətləri təşviq etmək üçün kompüterlər, smartfonları və digər rəqəmsal media platformalar kimi internet və onlayn əsaslı rəqəmsal texnologiyalardan istifadə edən marketinq növüdür.
3. Data Analytics - məlumatlar barədə nəticə çıxarmaq üçün xam məlumatları analiz etmək haqqında anlayışdır.
4. Integration - məsələn yeni yaranmış platformada qeydiyyatı asanlaşdırmaq üçün böyük sosial şəbəkələrlə inteqrasiya (FB, Google və s.)
Tariyel Ağazadə
0 rəy