#Rəqəmsal media
16.12.2020
Google Phone Pixel smartfonlarında və Android One üzvlərində standart çağırış tətbiqidir. Bu tətbiq Google Messages ilə birlikdə daha sonra müxtəlif istehsalçıların bir neçə cihazında yer aldı. Google Phone telefon əlaqəsi üçün sadə tətbiqdir. Bəzi şirkətlər əsasən də Xiaomi və OnePlus kimi kompaniyalar öz həlləri yerinə Google Phone və Google Messages ilə cihazlarını müəyyən bölgələrə göndərməyə başlayıb.
Axtarış nəhəngi istifadəçilərin bu tətbiqləri birbaşa Google Play mağazasından yükləməsi üçün yeni smartfonlar üçün dəstək əlavə edib.
Tətbiq bu ilin əvvəlində daha çox smartfonda yüklənə bilər. Sözügedən tətbiq artıq Google Play-dən 500 milyondan çox yüklənib. Google Phone istifadəçi bazası Pixel smartfonları, Android One cihazları, müxtəlif OEM-lərin bəzi cihazları və dəstəklənən telefonlara əl ilə quraşdırmış istifadəçilərin sayəsində böyüyür.
Digər istehsalçılar da cihazları üçün Google Phone seçdiyinə görə tətbiqin 1 milyarddan çox yüklənməsi gözlənilir.
Tariyel Ağazadə
0 rəy