#TEXNOLOGİYA
15.01.2021
2019-cu ildə Google-un Fitbit markasını alması barədə razılaşma olduğu mediyada yayımlansa da məsələ öz təsdiqini tapmamışdı. Avropa Birliyi Google-a satınalmanı təsdiqləmək üçün bir sıra ciddi şərtlər qoymuşdu. Nəhayət 2019-cu ilin noyabr ayında Google geyilə bilən texnologiya sənayesinin ən böyük markalarından biri olan Fitbit'i 2,1 milyard dollara satın almaq barədə razılığa gəldiklərini açıqladı.
Dünən Google Fitbiti əldə etmə müddətinin rəsmi olaraq tamamlandığını elan etdi. Google kimi dünyanın ən böyük reklam yayımçılarından birinin milyonlarla istifadəçinin sağlamlıq məlumatlarına sahib olan Fitbiti satın alması şübhə ilə qarşılanırdı. Lakin nəhayət Avropa Birliyi tərəfindən istifadəçiləri rahatlaşdıracaq bəzi şərtlərdə satınalmanın təsdiqlənməsi ilə Fitbit rəsmi olaraq Google-un tabeliyinə keçdi. Google reklam hədəflənməsi üçün Fitbit datalarından istifadə etməyəcəyini bildirdi.
Nofəl Əliyev
0 rəy