#TEXNOLOGİYA
22.09.2020
Facebook bütün istifadəçilərin foto müəlliflik hüququnu qorumaq üçün yeni qaydalar və platforma tətbiq etməyə hazırlaşır. Uzun müddətdir görüntülərin istifadəsində müəllif hüquqlarının pozulmasında ciddi problemlər yaşanılır.
Artıq Facebook tezliklə musiqi və video kontentdə olduğu kimi fotolar üçün də müəllif hüquqlarının qorunmasını tətbiq edəcək.
Bəs bu necə tənzimlənəcək? Hazırda Facebook müxtəlif partnyorlarla əməkdaşlıqa başlayır. Onların köməkliyi ilə istifadəçilərin istifadə etdiyi fotoların müəllif hüququnun qorunması təmin olacaqdır.
Bu məsələ yeni yaradılacaq "Facebook Rights Manager" vasitəsi ilə mümkün olacaq. İstifadəçilər ora fotoları yükləyəcək və xüsusi partnyorlar vasitəsi ilə müəllif hüquqluqnu təmin edəcəklər. Məsələn, sizin səhifəyə məxsus fotonu bir neçə səhifə sizdən icazəsini almadan öz paylaşımlarında istifadə ediblər. Siz bu panel vasitəsi ilə fotolarınızın haralarda istifadə edildiyini izləyə biləcəksiniz. Əgər müəllif fotolarının bir neçə yerdə yayımlanmasını istəmirsə, buradan şikayət edə və dərhal həmin səhifələrdən sildirə bilər. Həmçinin ümumiyyətlə istifadə edilməsinə qadağa qoya bilər.
Bu yeniliyin tətbiqi Instagrama da xeyli təsir göstərəcəkdir. Burada bir istifadəçinin fotosunun bir neçə istifadəçilər tərəfindən repost edilməsi necə tənzimlənəcək hələki məlum deyil. Lakin fotolardan hazırlanan memlər və bir neçə dəfə montaj edilmiş fotolar artıq müəllif hüquqları pozuntusu kimi nəzərə alına bilər.
Yeni platforma və qanun tənzimlənməsi nə vaxt tətbiq olunacaq hələki məlum deyil.
0 rəy