#KOSMOS
07.09.2020
Elon Musk, Marsa gedən ilk kolonistlərin çox sərt şərtlər altında yaşamalı olduqlarını söylədi. Musk bu insanların sağ qalma ehtimalını çox yüksək görmür.
"Humans to Mars" adlı virtual konfransında danışan Musk, "Mən də burada vurğulamaq istəyirəm, bu mütləq çox çətin və təhlükəli bir işdir. Qorxaqlar üçün uyğun deyil. Ölmək ehtimalı böyükdür, amma bacarsaq, inanılmaz dərəcədə möhtəşəm olacaq" dedi.
Marsa getmək çətin deyil, orada yaşamaq çətindir
Elon Musk, "Hal-hazırda əsas problemimiz Marsa getmək deyil. Əsl problem orada bir baza qurmaq, Marsda özünü təmin edən bir şəhər qurmağı bacarmaqdır. İlk işimiz Mars bazası "Mars Base Alpha" nı yaratmaqdır" dedi.
Elon Musk, xüsusilə Marsa göndərilən ilk kolonistlərin son dərəcə çətin şərtlərdə yaşamalı olduqlarını söyləyir. İlk kolonistlərin Marsa müvəffəqiyyətlə çatma ehtimalı yüksək olsa da, orada uzun müddət sağ qalma ehtimalı yoxdur. Musk, SpaceX olaraq bu ehtimalı artırmağa çalışacaqlarını və Marsa gedən kolonistlərin həyatlarını problemsiz olaraq orada davam etdirmələri üçün əllərindən gələni edəcəklərini bildirdi.
Bildiyiniz kimi, SpaceX-in Qırmızı Planet planlarının mərkəzində Starship kosmik gəmisi dayanır. Bir dəfəyə 100 nəfəri Marsa daşımaq üçün hazırlanmış Starship, hazırda SpaceX mərkəzlərində inkişaf mərhələsindədir. Elon Musk, Starship-in ilk orbital uçuşunu 2021-ci ildə edə biləcəyini bildirdi. Sonra 2023-cü ilə kimi Marsa səyahətlər başlaya bilər.
Starship planetlərarası nəqliyyat vasitəsi əslində iki fərqli mərhələdən ibarətdir: Super Heavy adlı itələyici raket və astronotlar və yükün yerləşəcəyi Starship kosmik gəmisi. Yalnız Starship gəmisinin Ay və Marsa çatma gücü yoxdur, buna görə də Super Heavy itələyici raket, Starship gəmisini kosmosa daşımaq üçün istifadə olunur. Super Heavy-nin 31 Starship-in isə 6 Raptor mühərrik olacaqdır.
SpaceX keçən ildən ilk Starship nümunələrinin sınaqlarına başlayıbdır. Mövcud test nümunələri yalnız 150 metr yüksəkliyə qədər qalxa bilir, buna görə hələlik son dizayndan uzaqdırlar. SpaceX bu sınaq uçuşları əsasən Raptor mühərrikini sınamaq üçün idi.
Starship sisteminin itələyici raketi olan Super Heavy-in ilk prototipləri bu yaxınlarda istehsal ediləcək. Tarixin ən güclü roketi olan Saturn V-dən iki dəfə güclü itələyici qüvvəsi olacaqdır. Super Heavy, bəşəriyyətin Marsa çatmasında əsas rol oynayacaq. Super Heavy, bugünkü ən güclü raketlərdən biri olan Falcon Heavy’in üç qat gücünə sahibdir.
Super Heavy və Starship-ə güc verən Raptor mühərriki, hazırda Falcon 9 və Falcon Heavy-də istifadə olunan Merlin mühərriklərindən təxminən üç qat daha güclüdür. Təxminən 250 ton itələmə gücünə malikdir. SpaceX-dən gözlənildiyi kimi yenidən istifadə üçün nəzərdə tutulmuş mühərrik maye metan və maye oksigenlə işləyir. SpaceX rəsmilərinin verdiyi açıqlamalara görə, Raptor tamamilə planetlərarası səyahətləri nəzərə alaraq dizayn edilmişdir.
Xəyal Məmmədəliyev
0 rəy