#araşdırma
05.01.2021
ABŞ Milli Elm Fondu, 2008 və 2018 arasında ən çox elmi tədqiqat yayımlayan ölkələri açıqlayıb. Siyahıya görə, Çin 528.263 tətqiqat ilə birinci yerdədir.
Elmi araşdırmalar dünyanı bir addım daha irəli aparmaq üçün ən vacib məqamlardandır. Bu elmi araşdırmalar sayəsində özümüzü və kainatımızı daha yaxşı tanıya, uzun müddət sağlamlığımızı qoruya bilərik. Dünyada ən çox elmi araşdırma aparan ölkələrin iqtisadi cəhətdən çox güclü olması da təsadüfi deyil.
Bu mövzuda uzunmüddətli bir araşdırma aparan ABŞ Milli Elm Fondu (NSF), 2008-2018-ci illər arasında hansı ölkə tərəfindən nə qədər elmi tədqiqat işinin nəşr olunduğunu göstərən məlumatlar yayımlayıb. Nəşr olunan məlumatlara görə, bu 10 illik dövrdə dünyada 2.555.959 elm işi nəşr edilmişdir. 1998-2008-ci illər arasında çap olunmuş 1.755.850 məqalənin olduğunu nəzərə alsaq, bu yeni 10 illik dövrdə çap olunan məqalələrin sayının çox artdığını görə bilərik.
Araşdırmalara Çin liderlik edir:
Statistikaya baxdıqda elmi araşdırmalar istiqamətində görülmüş işlərdə liderlik Çindədir.
2008-ci ildə siyahıya liderlik edən ABŞ, bu gün Çindən sonra ikinci yeri tutur.
Hesabata görə, Çin 10 il ərzində ümumilikdə 528.263 elmi məqalə dərc edib. ABŞ 422.808 məqalə ilə elm sahəsində araşdırma aparan ikinci ölkə seçilib.
Bu iki ölkəni ardıcıl olaraq Hindistan, Almaniya və Yaponiya izləyir.
Bütün Avropa Birliyi ölkələrinin ümumilikdə təxminən 622.000 elmi məqaləsi dərc olunmuşdur.
0 rəy