#TEXNOLOGİYA
15.01.2021
Ninu adlı bir şirkət CES21 sərgisində özünün ağıllı ətirlərini təqdim edib. Süni zəka texnologiyası ilə işləyən bu ətir əhval-ruhiyyəyə görə fərdiləşdirilə bilər.
Bildiyiniz kimi CES 2021 sərgisində televizor, telefon və saat kimi bir çox yeni ağıllı cihaz təqdim edildi. Ninu adlı texnologiya şirkəti, ağıllı məhsul çeşidinə başqa bir məhsul əlavə etdi. Şirkət fərqli əhval-ruhiyyəyə görə fərdiləşdirilə bilən yeni ağıllı ətirini təqdim edib. Tətbiq sayəsində telefonlara qoşula bilən bu ağıllı ətir, süni zəka sayəsində istifadəçiyə istədiyi parfümü təqdim edir.
Bu yeni təqdim olunan ağıllı cihazın həm kosmetika, həm də texnologiya aləminə böyük təsir göstərəcəyi görünür. Ağıllı ətirin 3 əsas növü, eyni zamanda bir milyon ətir arasında seçim edə biləcəyiniz müxtəlif variantları var. Hər bir qoxunu bu üç əsas qoxu ilə qarışdıra bilərsiniz. Tətbiq vasitəsi ilə cihaza qoşulmaqla istədiyiniz kombinasiyaları edə bilərsiniz və Pierre adlı süni zəkanın son toxunuşu ilə həm dərinizə, həm də əhval-ruhiyyənizə uyğun bir ətir yarada bilərsiniz. Şirkət Ninu ağıllı ətirinin nə zaman satışa çıxarılacağını və satış qiymətinin nə olacağını hələ açıqlamayıb. Yaxın gələcəkdə patent alması gözlənilən bu məhsulun qarşıdakı dövrdə müştəriləri ilə görüşəcəyi bildirilib.
Nofəl Əliyev
0 rəy