#TƏDBİR
20.11.2020
9 oktyabr 2020-ci il tarixində Bakıda keçiriləcəyi gözlənilən DevopsDays Baku tədbiri təxirə salınmışdır. Tədbirin yeni keçirilmə tarixi isə 19 Dekabrdır.
Ümumilikdə 1 gün davam edəcək tədbirdə həm texniki həm də qeyri-texniki mövzuları əhatə edən çıxışlar olacaq. Texniki mövzulardan - mikroservis arxitekturası, ümumi devops tətbiqi, kubernetes; Qeyri-texniki mövzulardan - DevOps mədəniyyət olaraq, agile üslubda işin təşkili, mühəndisin inkişafı, soft bacarıqlar – başlığında olan mövzular ilə spikerlər öz biliklərini, təcrübələrini paylaşacaqlar. Tədbirdə həm yerli, həm də xarici spikerlər çıxış edəcək.
Tədbirin təşkilatçıları SUP.VC Akselerasiya Mərkəzi və PAŞA Bank’dır.
Devopsdays dünyanın bir çox yerində, adətən fiziki yerlərdə baş verən ancaq bu il pandemiyayla bağlı olaraq onlayn rejimdə keçiriləcək beynəlxalq tədbirdir. Devopsdays, proqram təminatı, İT infrastruktur əməliyyatları və aralarındakı kəsişmənin mövzularını əhatə edən dünya miqyaslı texniki konfransdır. Konfrans həm texniki, həm də təşkilatlarda mədəniyyət, proseslər və sturkturlara yönəlmişdir.
Devopsdays ilk dəfə 2009-cu ildə Belçikanın Gent şəhərində keçirilmişdir. Azərbaycanda 2019-cu ildən təşkil edilən konfrans bu il onlayn olaraq, Youtube vasitəsilə canlı yayımlanacaq.
Tədbirə qeydiyyat davam edir.
Tədbir haqqında daha ətraflı: https://devopsdays.az/
Linkə daxil olaraq qeydiyyatdan keçə bilrsiniz: https://forms.gle/GQm5VR4vtovCj1M86
Tariyel Ağazadə
0 rəy