#TƏDBİR
21.12.2020
19 Dekabr tarixində baş tutan DevOpsDays Baku 2020 tədbiri başa çatıb. Tədbirə 7 müxtəlif ölkədən 13 spiker və 10-dan çox ölkədən 3000-dən çox iştirakçı qatılıb. Ümumilikdə isə 30 000-dən çox insan tədbir haqqında məlumat ala bilmişdir.
Ümumilikdə 1 gün davam edən tədbirdə həm texniki həm də qeyri-texniki mövzuları əhatə edən çıxışlar olub. Texniki mövzulardan - mikroservis arxitekturası, ümumi devops tətbiqi, kubernetes; Qeyri-texniki mövzulardan - DevOps mədəniyyət olaraq, agile üslubda işin təşkili, mühəndisin inkişafı, soft bacarıqlar – başlığında olan mövzular ilə spikerlər öz biliklərini, təcrübələrini paylaşıblar. Tədbirdə həm yerli, həm də xarici spikerlər çıxış edib.
Tədbirin təşkilatçıları SUP.VC Akselerasiya Mərkəzi və PAŞA Bank’dır.
Devopsdays dünyanın bir çox yerində, adətən fiziki yerlərdə baş verən ancaq bu il pandemiyayla bağlı olaraq onlayn rejimdə keçiriləcək beynəlxalq tədbirdir. Devopsdays, proqram təminatı, İT infrastruktur əməliyyatları və aralarındakı kəsişmənin mövzularını əhatə edən dünya miqyaslı texniki konfransdır. Konfrans həm texniki, həm də təşkilatlarda mədəniyyət, proseslər və sturkturlara yönəlmişdir.
Devopsdays ilk dəfə 2009-cu ildə Belçikanın Gent şəhərində keçirilmişdir. Azərbaycanda 2019-cu ildən təşkil edilən konfrans bu il onlayn olaraq, Youtube vasitəsilə canlı yayımlanacaq.
Tədbir haqqında daha ətraflı məlumatı rəsmi saytından ala bilərsiniz: https://devopsdays.az/
Tariyel Ağazadə
0 rəy