#Sosial şəbəkələr
19.02.2021
Son həftələrin ən çox danışılan sosial şəbəkəsi olan “Clubhouse”un yükləmə sayı açıqlandı. App Annie adlı bir analitik şirkətinin verdiyi açıqlamalara görə tətbiq 16 fevral tarixinə qədər 8,1 milyon dəfə yüklənib.
App Annie tərəfindən edilən açıqlamalara görə platformanın bu qədər böyüməsinin əsas səbəbi Elon Musk və Mark Zuckerberg kimi məşhur şəxslərin “Clubhouse”da olmasıdır. Şirkət ABŞ-dan 2,6 milyondan çox yüklənmə olduğunu təxmin etdiklərini söyləyib. Başqa sözlə, istifadəçilərin demək olar ki, yüzdə 25-i ABŞ-dan qoşulur.
Clubhouse rəhbərliyi əvvəllər endirmə sayı ilə əlaqədar rəsmi bir açıqlama verməymişdi. Platforma keçən açıqlamada həftədə aktiv istifadəçilərinin 2 milyon civarında olduğunu açıqlayıb.
Cəmil Hüseynzadə
0 rəy