#MARAQLI
30.11.2020
Sosial media bu fotonun sirrindən danışır!
İnstagramda aşağıda göstərilən fotoşəkili profilinə qoyan istifadəçilərin hesabları 5 saniyə ərzində bağlanır. Bəs bu fotonun sirri nədir? Detalları açıqlayırıq.
Bu foto əslində yeni deyil. Yaxın keçmişə dayanan bir hekayəsi var. Fotonun orijinal adı Jonathan Galindo olaraq bilinir.
Mavi balina və momo kimi uşaqların həyatı üçün təhlükəli olan oyunların simvoludur.
Bu təhlükəli oyunda, Jonathon Galindo adlı bir insan xarakteri və it geyimində biri uşaqlara oyun oynamaq istəyib-istəmədikləri barədə xüsusi mesajlar göndərir.
Uşaqlar təklifi qəbul etdikdən sonra onlara verilən tapşırıqları bir-birinin ardınca yerinə yetirməyə başlayırlar və bir müddət sonra bu vəzifələri yerinə yetirməyə məcbur olurlar.
Əks təqdirdə, oyunçular Jonathan Galindo tərəfindən şəxsi məlumatlarını sızdırmaqla təhdid olunur. Uşaqlar oyuna qoşulduqdan sonra oynamağa davam etmək məcburiyyətində qalırlar. Oyun zamanı təhlükə hiss edən uşaqlar vəziyyətlərini ailə üzvlərinə izah edə bilmir və oyundan çıxa bilmirlər.
Oyun davam etdikcə oyunçulara müxtəlif vəzifələr verilir və növbəti mərhələlərdə bu vəzifələr ciddiləşir və oyunçuların həyatı təhlükə altına düşür.
Bəs bu fotonun mənbəyi nədir? Bu tendensiyanı kim başladıb?
Gördüyünüz bu şəxs Samuel Caninidir. Bir it formasında olan maskası ilə poz verən ilk şəxsdir. Canini maska dizayneridir. Ancaq Canininin bu fotoşəkili 'kimlərsə' tərəfindən fərqli bir məqsəd üçün istifadə olunmağa başladıqıdan sonra hadisələrin məcrası dəyişib.
Qasaca bu foto əslində yeni deyil. Lakin foto zaman-zaman internetdə trend olmağa davam edir.
İnstagram və facebook uşaqların həyatını riskə atdığı üçün bu fotonun yayımlanmasını tamamilə qadağan edib.
İnstagramda profil şəklinizi bu şəkillə dəyişdiyiniz zaman hesabınızın bağlanması yalnız 5 saniyə çəkir.
Hesabınızı bərpa etmək şansınız var lakin hesabın araşdırılması xeyli vaxt çəkə bilər. Bu səbəblə real hesabınızla test etməməyiniz məsləhət görülür.
0 rəy