#TEXNOLOGİYA
26.11.2020
Türkiyənin Elektroland Defense şirkəti ərsəyə gətirdiyi "Boğaç" konsepsiyası ilə bir ilkə imza atıb.
Boğaç İnsansız Quru Nəqliyyat vasitəsi döyüşlərin davam etdiyi, həkim və xüsusi qrupların daxil olması riskli olduğu ərazilərə girərək ölü və yaralıları həmin ərazidən çıxarır.
Çox Məqsədli Boğaç 6 × 6 Platformasında iki oxda hərəkət edə bilən və bir insanı daşıya bilən ölçüdə nəqliyyat modulu tətbiq edilib. Bundan başqa konseptdə vakumlu xərək, ilk yardım dəsti, yaraları sinifləndirə bilən kamera mövcuddur. Həmçinin qurğu şüuru özündə olan yaralılara səsli olaraq ilk yardım göstərişləri verir.
0 rəy