#BİZNES
22.12.2020
Pandemiya dövründə onlayn satışa təlabat artıb. Hətta bizneslərin çoxu məcbur şəkildə onlayna keçir. Onlayn satış üçün ən ideal platfromalardan biri isə əlbəttə ki, Instagram'dır.
Profil tərtibatı - Səhifənizdə orijinal loqonuzu, brend haqqında məlumatı və varsa saytınızı səliqəli şəkildə qeyd edin.
Grid - Onlayn dükanınızın üz qabığı olan "grid" bir tərzdə olmalı və ilk dəfə səhifəyə gələnlərin diqqətini çəkməlidir.
Kontent - Paylaşdığınız məhsul şəkilləri və videoları keyfiyyətli və eyni stilistikada olmalıdır.
Dolğun məlumat - Məhsul paylaşıldıqda onun haqda dolğun və eyni zamanda yığcam məlumat verilməlidir.
Müştəri ilə təmas - Şərh və mesaj bölməsində müştəriləri gözlətməyin və nəzakətli davranın
Rahat ödəniş - Onlayn mağazanın ödənişi də onlayn olmalıdır. "Card-to-Card" və yerində ödənişlərdən imtina edin və ödəniş üçün Taplink kimi platformaları sınayın
Taplink, müştəriyə sizinlə ünsiyyət qurmaq və birbaşa Instagram'da məhsul və xidmətlər üçün rahat ödəniş etmək imkanı yaradır. Taplinklə sifarişlər və onlayn ödənişləri daha rahat qəbul etmək olur.
Tariyel Ağazadə
0 rəy