#Rəqəmsal media
21.08.2020
Azərbaycanlı fotoqraf Rizvan Bağırlının iPhone-la çəkdiyi şəkillər Apple şirkətinin rəsmi instagram səhifəsində paylaşılıb. Şəkildə məkan olaraq Azərbaycan işarələnib və mətn hissəsində aşağıdakı sözlər yazılıb:
Hər fotoda bir həyat dərsi var. Yəni dayanmağa və heyran olmağa vaxt ayırsan.
“Bəzən düşünmədən hər gün eyni istiqamətdə hərəkət etməyi dayandırmalısan.
Bəzən günün gərginliyindən vaxt ayırmaq və batan günəşin rənginə baxmaq lazımdır; günün yorğunluğu ilə vidalaş.
Keçmişi görmək və ondan ibrət almaq üçün getdiyiniz tarixi yerin qarşısında durun və səssiz qalın... #ShotoniPhone by Rizvan B. @rizvan.bagirli
Nofəl Əliyev
0 rəy