#OYUN
26.02.2021
Azərbaycanda ilk dəfə 6 mart 2021 -c il tarixində oyun sektorunda regional konfrans keçiriləcək. Konfransın təşkilatçıları Game Tech Azərbaycan və olan Game Factory şirkətləridir.
Game Tech Azərbaycan oyun yaradıcıları və oyun həvəskarları üçün qurulmuş, oyun sahəsində təhsil, tədbir və maarifləndirmə işlərini həyata keçirən bir platformadır. Game Tech–in əsas məqsədi ölkəmizdə oyun ekosistemini qurmaq, inkişaf etdirmək və Azərbaycandan qlobal səviyyəyə çıxa biləcək oyunlara dəstək olmaqdır.
Game Factory Türkiyənin ən böyük oyun akselerasiya və inkubasiya mərkəzidir. 1600 nəfərdən çox rezidenti, 600 –dən çox oyun qurucuları və 40-dan çox oyun studioları ilə oyun ekosisteminin lider şirkətlərindən biridir.
Konfransın məqsədi təhsil, network qurma - hər iki ölkədən olan oyun qurucularının tanış olması, fikir mübadiləsi, problem həll etmə və sənayenin gələcəyini formalaşdırmaq üçün oyun inkişaf cəmiyyətini bir araya gətirməkdir.
Sektorun inkişafına səbəb olacaq konfransda müxtəlif kateqoriyalara aid seminarlar, panel müzakirələri, fireside chat söhbətləri və çıxışlar kimi bir sıra tədbirlər var.
Game Dev Konfransda AWS Game Tech, Google, Oculus və Microsoft, Ubisoft və s. kimi aparıcı texnoloji şirkətlərin nümayəndələrinin iştirak edəcəkdir.
Konfransda texniki yeniliklərlə bərabər oyun sektorunda investisiya imkanları və dəyəri milyonu keçmiş oyun şirkət rəhbərlərinin təcrübələrini də bölüşəcəklər.
Qeydiyyat üçün: https://forms.gle/1eSoHwFH6AHCdrAAA
Daha çox məlumat üçün : https://gametech.az/gamedev-conference/
0 rəy