#Avtomobil
19.02.2021
"Tesla"nın başlatdığı elektrikli avtomobil qarışıqlığı dünyanın bütün aparıcı şirkətlərinin iştahını artırır. Digər avtomobil istehsalçılarından başqa, ABŞ-dakı texnologiya nəhəngi Apple da elektrik motorlu avtomobil layihəsinin üzərində işləyir. Ancaq sektordakı inkişafların bunlarla məhdudlaşmayacağı görünür. Çindən gələn xəbərlərə görə, son illərin ən populyar texnoloji şirkətlərindən biri olan Xiaomi avtomobil layihəsi üçün çalışmalarını davam etdirir.
Sürülən iddiaya görə Xiaomi öz avtomobilini istehsal etməsini strateji bir addım kimi xarakterizə edir. Alınan məlumatlara görə yol xəritəsinin hələlik aydın olmadığını və bu qərarın fərqli ola biləcəyini vurğulayır. Bununla birlikdə, layihəyə əhəmiyyət verən ad diqqətdən yayınmır.
Cəmil Hüseynzadə
0 rəy