#TEXNOLOGİYA
26.01.2021
Qatlanan smartfon bazarına Apple-ın 2 yeni modeli əlavə ediləcək. Şirkət 2 fərqli qatlanan iPhone modeli üçün patent müraciətini edib. Modellərdən birinin Samsung Galaxay Z Fold 2-yə digərinin isə Motorola Razr və Samsung Galaxy Z Flip 5G-yə bənzəyəcəyi deyilir.
Samsung qatlana bilən smartfonlara sahib olan ilk markalardan biri oldu. Digər markalar da bu bazara yavaş-yavaş qoşulmağa başladılar. Lakin ən böyük addım Apple-dan gözlənilirdi.
Məlumata görə modellər keyfiyyət yoxlamalarını artıq uğurla keçib. Yeni qatlana bilən iPhone modelləri digər oxşar modellər kimi qatlanacaq və açıldığı zaman iPad olacaq.
Nofəl Əliyev
0 rəy