#TEXNOLOGİYA
20.11.2020
İstehsalçı bir sıra dəyişikliklər edərək iOS 14.2.1 yenilənməsini yayımladı. Bu yeniləmə iPhone 12 seriyası smartfonlar üçün nəzərdə tutulmuşdur, xüsusən adə dəyişikliklər iPhone 12 mini modelini əhatə edir.
Qeyd edək ki, yeni seriyada ən büdcəli smartfon istifadəçiləri telefon kilidləndikdə ekranının həssaslığı ilə bağlı problemlər yaşadıqlarını bildirməyə başladılar.
Belə bir problemin ümumiyyətlə niyə yarandığı aydın deyildi. Lakin Apple bu problemi tez bir zamanda düzəltdi. Bundan əlavə, Apple, son yeniləmənin iPhone smartfonları üçün istifadə edilən bir sıra qulaqlıqlarda keyfiyyətsiz səs problemini aradan qaldırdığını bildirdi.
Tariyel Ağazadə
0 rəy