#TEXNOLOGİYA
23.11.2020
2020-ci ildə qlobal smartfon bazarında əhəmiyyətli dəyişikliklər baş verdi: tədqiqat institutlarına görə ilin sonunda smartfon satışı üzrə Apple ilk üçlüyü tərk edəcək və Xiaomi onun yerini alacaq.
Üçüncü rübün sonunda Samsung əminliklə birinci yeri, ardından Huawei, Xiaomi isə Apple-ı keçərək üçüncü yeri tutdu. Dörd aparıcı istehsalçıdan alınan smartfonların tədarükü, bütün şirkətlərin ümumi sayından təxminən 60,6% -ni təşkil edir.
Analitiklər Xiaomi-nin premium cihaz bazarına uğurla giriş etdiyini düşünürlər. Üstəlik, bütün istehsalçılar üçün çox əhəmiyyətli bazar olan Avropada, üçüncü rübdə Xiaomi'nin tədarükü 88% artıb.
Ancaq qeyd edək ki, Xiaomi smartfonlarının qlobal bazarda orta satış qiymətinin artmağa davam edəcəyi və il ərzində 11.8% artacağı gözlənilir.
Tariyel Ağazadə
0 rəy