#TEXNOLOGİYA
14.01.2021
AnTuTu platforması prosessor, qrafik vahid və RAM kimi meyarları nəzərə alaraq ən güclü Android smartfonunu açıqlayıb.
Xiaomi şirkətinin istehsal etdiyi Black Shark-ın hələ buraxılmayan yeni modeli ilk sırada qərarlaşıb. Black Shark 4-ün AnTuTu xalı 788.505 olub və ən güclü Android smartfon seçilib. Bu yerin əvvəlki sahibi IQOO 7 isə AnTuTu qiymətləndirməsindən 752.935 bal toplamışdı. Həmçinin bu yaxınlarda rəsmi təqdim olunan Xiaomi Mi 11 eyni testdən 742.942 bal qazanıb.
Sözügedən testlə Black Shark 4-ün bəzi texniki xüsusiyyətləri də məlum olub. Cihaz Qualcomm-un yeni qabaqcıl prosessoru Snapdragon 888 ilə təchiz ediləcək. Telefon 8 GB LPDDR 5 RAM, 128 və 256 GB olmaqla iki fərqli yaddaş tutumuna sahib olacaq.
0 rəy