#MARAQLI
21.11.2020
İngiltərədəki Amazon üzərindən PlayStation 5 sifariş edən bir çox müştəri qutunu açarkən PlayStation 5-dən başqa demək olar ki hər şeylə qarşılaşıblar. Hətta Bulqur ilə qarşılaşan sifarişçilər də olub. Amazon zərərçəkmişlərə müxtəlif üzrxahlıq hədiyyələri təqdim edib.
Amazon UK tərəfindən 19 Noyabrda edilən təslimatlar Twitter və Reddit-də gündəmdə düşüb. PlayStation 5 oyun konsolunu gözləyən sifarişçilər qutunu açanda ev heyvanı yeməyi, əlaqəsiz əşyalar hətta 1 qutu bulqurla da rastlaşıblar.
Bu halla qarşılaşmış hər bir sifarişçinin sifarişi daha öncə gecikməyə məruz qalmışdı. Gecikmədən sonra nəhayət sifarişlərini alanlar hətta qutuda belə dəyişiklik seziblər. Çünki qutunun içərisində Amazona məxsus Amazon Prime yazılı lent yox, normal bir sadə lent olub.
Baş vermiş hadisə ilə bağlı Amazon rəsmisi araşdırmaların aparıldığını bildirib.
0 rəy