İnternet istifadəçiləri fayl göndərən zaman bir çox saytlardan istifadə edirlər. Ancaq bəzən faylların həcmi 2gb-dan çox olur ki, bu zaman istifadəçilər faylı göndərməkdə çətinlik çəkirlər. Əsasən bu problemi həll etmək üçün yaradılan türk saytı SendGB 5 gb-a qədər faylları rahatlıqla göndərməyinizi təmin edir.

Dünyanın bir çox ölkəsindən istifadəçisi olan fayl transfer xidməti SendGb.com yeni özəllikləri ilə diqqət çəkir. Yeni özəlliklərindən biri olan SendGb Extend fayl göndərən zaman istifadəçilər üzv olmadan həmin faylları 1 ilə qədər sistemdə saxlaya bilirlər.

Sayta uzun müddətdir ki, ödənişsiz xidmət göstərir. İstifadəçilər 5 GB-a qədər faylları rahatlıqla qarşı tərəfə göndərə bilirlər. Yüklənən fayl 250 mb-dan azdırsa saxlanma müddəti 1-90 gün arası, 250 mb-dan çoxdursa bu müddət 7 gün təşkil edir. SendGb Extend özəlliyi ilə istifadəçilər dünyada ilk dəfə 5 GB-a qədər faylların saxlanma müddətini 6 aydan 1 ilə qədər uzada bilirlər. 1.29 avro ilə bu müddət 6 ay, 1.99 avro ilə isə 1 ilə qədər uzanır bu müddət. Ödənişlər kredit kartı və paypal ilə edilə bilir.

Sayt hazırda 13 dildə xidmət göstərir və dünyanın bir çox ölkəsində istifadəçiləri var. Azərbaycanda da istifadəçiləri olan saytın günlük istifadəçi sayı 30 mindən çoxdur.

Covid-19 pandemiyası dövründə Avropa və Hindistandan olan istifadəçilərin sayında artım olub. Saytı rəqiblərindən ayıran əsas özəlliklər:

 Eyni anda 20 insana 500 faylın göndərilməsi
 İstifadəçi hesabına ehtiyac olmadan 5 gb-a qədər fayl transferi
 Fayl endirildikdən sonra seçimə uyğun olaraq silinə bilməsi
 SendGb Extend özəlliyi ilə faylların 1 il müddətində saxlana bilməsi
 Faylların ödənişsiz şəkildə 1-90 gün arasında saxlanılması
 Mobil tətbiqə ehtiyac olmadan faylların telefonla göndərilə bilməsi
 Yüksək sürətli fayl transferi
 Fayl endirmə üçün limitin olmaması

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin