YouTube, istifadəçilərə 15 saniyə video çəkmək və paylaşım etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirməyə başladı. YouTube’un yeni xüsusiyyəti daha çox Tiktok’un qısa müddətli video formatına bənzəyir. Bununla YouTube, 15 saniyəlik video xüsusiyyəti ilə yüz milyonlarla istifadəçisi olan TikTok ilə rəqabət edə bilər.

Yeni xüsusiyyətdə video, filtrlər, effektlər sürətini dəyişdirmək və videolara musiqi əlavə etmək kimi özəlliklərin olub-olmayacağı hələ aydın deyil.

YouTube ilk dəfə platformasına fərqli funksiyanı əlavə etmir. 2017-ci ildə YouTube Instagram’ın hekayələri xüsusiyyətinin analoqunu əlavə etdi. Ancaq 15 saniyəlik video xüsusiyyətinin YouTube üçün hekayələrdən daha uyğun olduğunu söyləmək olar.

YouTube, yeni funksiyanı hələki kiçik qrup insanlar ilə sınaqdan keçirir.

 

Murad Koroğluyev

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin