“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti, SUP.VC Akselerasiya Mərkəzinin məzunu “Nextsale” “500 Startups” Akselerasiya proqramına qəbul olub.

“500 Startups” daha çox ölkədən innovativ startapları əhatə dairəsinə qatmaq üçün Gürcüstanda akselerasiya proqramına başlayıb. “500 Georgia” proqramı qonşu ölkələrdən ən uğurlu startapları dəstəkləyir. Proqram müddətində “Nextsale” bir çox vacib mövzularda beynəlxalq mütəxəssislərdən böyük təcrübələr əldə etməyi hədəfləyir.

Qeyd edək ki, “500 Startups”ın Gürcüstanda başlatdığı akselerasiya proqramına Azərbaycandan qəbul edilən yeganə startap “Nextsale”dir.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin