1 fevral 2020-ci il saat 12:50 UTC radələrində Yer Kürəsindən 0,04 LD / 0,00011 а.е. /16 455 km / 10 225 mil məsafədə 2020 CW keçib. Müqayisə üçün deyək ki, qestasionar peyklər 40 000 km məsafədə yerləşir. 2020 CW asteroidi çox kiçik olub-2 metr diametr. Ancaq bu vacib deyil.

27 yanvar 2020-ci ildə 0,51 LD / 0,00132 а.е./197 469 km / 122 701 mil məsafəsində 10 m diametrli 2020 BA13 asteroid keçib.
28 yanvar 2020-ci ildə 0,98 LD / 0,00252 а.е. /376 986 km / 234 248 mil məsafəsində 20 m diametrli 2020 BA15 asteroid keçib.
29 yanvar 2020-ci ildə 0,28 LD / 0,00072 а.е. /107 710 km / 66 928 mil məsafəsində 7 m diametrli 2020 BZ13 asteroid keçib.
2 fevral 2020-ci ildə 0,57 LD / 0,00147 а.е. / 219 908 km / 136 645 mil məsafəsində 7 m diametrli 2020 CA asteroid keçib.
3 fevral 2020-ci ildə 0,49 LD / 0,00126 а.е./188 493 km / 117 124 mil məsafəsində 18 m diametrli 2020 BT14 asteroid keçib.

Beləliklə də son bir həftə ərzində Yer Kürəsi istiqamətində Aya qədər olan məsafədən az məsafədə 6 asteroid hərəkət edib. Və bu daşlar yalnız NASA’nın kəşf etdiyi daşlardır.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin