Redmi şirkətinin direktoru Lu Veybinq öz Weibo hesabında Xiaomi Mi və Mi MIX seriyalarının Hi-End seqmentinə yaxınlaşacağını və iPhone, Huawei P seriyaları ilə rəqabət edəcəyini bildirib. Xiaomi’nin baş direktoru Ley Dzun isə yeni Xiaomi Mi 10 modelinin istehsalında büdcə məhdudiyyətinin olmayacağını qeyd edib. Belə qənaətə gəlmək olar ki, bu ilki modellər ötən ilki Mİ 9-dan 20-30% daha baha qiymətə təklif olunacaq.
Yeni Xiaomi Mi 10-un gözlənilən xüsusiyyətləri: əyri AMOLED ekran, Qualcomm Snapdragon 865, 108 Mpx kamera, LPDDR5 yaddaş növü və 5G şəbəkəsi.
Modelin təqdimatı 13 fevral tarixinə onlayn şəkildə nəzərdə tutulub.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin