Xiaomi CEOi Lei Jun, çıxışında yeni Xiaomi məhsullarını təqdim etmək əvəzinə ən sevdiyi smartfon və smartfon xüsusiyyətlərini açıqladı. Təsəvvür etdiyiniz kimi, Xiaomi telefonları Xiaomi bossunun ən sevimli modelləridir.

Xiaomi CEOi Lei Jun bu dəfə yeni bir məhsul təqdim etmək əvəzinə izləyiciləri ilə üç sevimli smartfonu paylaşdı. Güman etdiyiniz kimi, bu modellərin hamısı Xiaomi markalı smartfonlardır.

Xiaomi CEO-nun ən sevdiyi telefonların siyahısının əvvəlində Mi Mix 2 var. Lei Jun cihazın keramika korpusuna sahib olduğunu və Mi Mix 2-nin keramika dizaynından istifadə edən dünyanın ilk flaqman smartfon olduğunu vurğuladı.

Lei Jun bildirir ki, telefonun sevimli model olmasının səbəblərindən biri istehsal prosesidir. Xiaomi Mi Mix 2-nin bərk korpus dizaynındakı hər bir keramika parçasının 7 gün ərzində 1400 dərəcə selsidə qızdırılıb müxtəlif fərqli proseslərdən keçdiyini ifadə edən CEO, bu prosesin keramika gövdəsinin səthindəki məsamələri azaldığını və sıxlığı artırdığını söylədi.

Xiaomi patronunun siyahısındakı ikinci smartfon Xiaomi Mi 6 Bright Silver Discovery Edition-dır. Lei Jun, telefonun vakuumla örtülmüş şüşə arxa panelə sahib olduğunu və güzgü kimi istifadə edilə biləcəyini söylədi. Lei Juna görə, parlaq paslanmayan poladdan hazırlanmış çərçivə də telefona mükəmməl bir görünüş və hiss verir.

Nəhayət, Xiaomi’nin yeni flaqmanı Mi 10 Pro Lei Jun’un üçüncü sevimli smartfonu olmağı bacarır. Jun əlavə etdi ki, Xiaomi, bəlkə də ilk dəfə Mi 10 Pro ilə xərcləri azaltmağa diqqət etmir, əksinə yüksək səviyyəli bir smartfon axtaranlar üçün yaxşı bir təcrübə təqdim etməyə diqqət edir.

 

Mirsəid Mirzəzadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin