“Xiaomi” şirkəti “ağıllı” “Smartmi Kondisioner A” kondisionerini təqdim edib. İstifadəçilərin temperaturu tənzimləmək üçün sadəcə bir səs əmrini söyləməsi kifayətdir.

Kondisionerin əsas üstünlüklərindən biri yüksək enerji səmərəliliyinə malik olmasındadır.

İstehsalçılar “Smartmi Kondisioner A”nın hazırkı enerji effektivliyinin müasir standartları üstələdiyini qeyd edirlər. Kondisioner 4.65 APF dəyərinə malikdir. APF yüksək olarsa, cihazın enerji səmərəliliyi də artır. Yeni “Xiaomi” cihazı digər kondisionerlərə nisbətən elektrik enerjisinə 20% qənaət edir.

“Ağıllı” kondisioner həm tətbiqetmə, həm də səsli idarəetmə ilə işləyə bilir. Cihaz “Xiao AI” rəqəmsal köməkçisini dəstəkləyir.

“Smartmi Kondisioner A”nın iki modeli mövcuddur. Onlar ölçülərinə və satış qiymətlərinə görə bir-birindən fərqlənirlər.

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin