Çin texnologiya nəhəngi Xiaomi, Boston Konsaltinq Qrupunun təşkil etdiyi hesabatda 50 ən yenilikçi şirkətdən biri olmağı bacardı. Xiaomi əvvəllər bu siyahıya 2014 və 2016-cı illərdə daxil olmuşdu.

Xüsusilə ağıllı telefonlar dünyasında qiymət / performans telefonları ilə tanınan Çin texnologiya nəhəngi Xiaomi, geniş çeşidli məhsullara sahibdir və əlavə etdiyi məhsulları inkişaf etdirməyə və yeniləməyə davam edir.

Tədqiqat işlərinə böyük əhəmiyyət verən şirkət, bu yolun qarşılığını da alırmış kimi görünür. Xiaomi-nin yayımladığı blog yazılarına görə, şirkət Boston Konsaltinq Qrupunun təşkil etdiyi hesabatda 2020-nin 50 ən innovativ şirkətindən biri oldu.
Xiaomi üçüncü dəfə ən yenilikçi şirkətlər sırasındadır:
Boston Konsaltinq Qrupu tərəfindən Ən İnnovativ Şirkətlər siyahısına daxil olmağı bacaran Xiaomi üçün bu ilk dəfə deyil. Çin texnologiya nəhəngi əvvəllər 2014 və 2016-cı illərdə ən yenilikçi şirkətlər siyahısına daxil olmağı bacardı.

Xiaominin Beynəlxalq prezidentdi Shou Zi Chew əldə etdikləri 3cü bu nailiyyəti ilə bağlı belə fikir bildirdi :
“Bu nəticə, dünyanın hər yerində innovativ texnologiyalarla daha yaxşı bir həyat təklif etmək vəzifəmizlə üst-üstə düşür. Bu, dünyada mövcud olduğumuz 90-dan çox bazarda Mi azarkeşləri və istifadəçilər üçün tanış vəziyyətdir. Bu şirkətdə texnologiyanın təklif edə biləcəyi hədləri sədləri aşmaq üçün cəsarətli yenilikləri qəbul edirik“.

Bloq postuna görə, şirkət 5G, süni intellekt və IoT kimi sahələrdə növbəti 5 il üçün qazanan mövqedə olmaq üçün 7 milyard dollar sərmayə qoyur. Yuxarıda dediyimiz kimi, araşdırmalara önəm verən Xiaomi, bu sahəyə yatırımlarını əvvəlki ilə nisbətən 29,7% artıraraq 1,1 milyard dollara çatdı.

31 mart 2020-ci il tarixinə şirkət müxtəlif şöbələrdə 9 minə yaxın (8 min 984) elmi-tədqiqat işçisinə malikdir və elmi-tədqiqat işçiləri şirkətin tam işçilərinin 48,6% -ni təşkil edir. Şirkət investisiyalarını 2020-ci ilə qədər 1.4 milyard dollara çatdırmağı planlaşdırır

 

Mirsəid Mirzəzadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin