UMICO’nu çoxunuz tanıyırsınız. Bəlkə də hər alış-verişdə istifadə edirsiniz, yaxud da bir dəfə yükləmisiniz və ondan sonra heç yadınıza belə düşməyib. Bu tətbiqin əsas özəlliyi müxtəlif növ alış-veriş məkanlarından xərclənən pulun bir hissəsini müştəriyə geri qaytarmasıdır. Umico’nun digər rəqiblərindən əsas üstünlüyü isə digər “rəqiblərlə” müqayisədə minlərlə partnyorlarının olmasıdır. Hansı dükana baxsan Umico ilə əməkdaşlıq edir və sizə “cashback” qaytarır. Bəs yaxşı minlərlə tərəfdaşın olması həqiqətənmi üstünlükdür? Yoxsa bu minlərlə dükan minlərlə problem deməkdir?

“Kartımı təqdim etdim ancaq bonus yazılmadı”, “bonuslarım silindi”, “kartımı qəbul etmirlər”, “kartımdan bonusu çıxa bilmirlər”-bunlar bizə gələn Umico istifadəçilərinin rəyləridir. Texniki tərəfdən problem yaşayan müştərilər istədikləri yerdən bonus alıb və istədikləri yerdə xərcləməkdə çətinlik çəkir. Bu sistemin düzgün işləməməsi deməkdir və müştəri rəylərinə baxmayaraq aylardır problem həll olunmayaraq qalır. Hətta bəzi partnyor dükanlar alış zamanı bonusu müştərilərə verməkdən imtina da edirlər. Bir çox Umico istifadəçisi sonda hər şeydən bezir və olan bonuslarını Bravo’da xərcləyir. Sonuncu cümlə bəlkədə elə sizin özünüzü də təsvir etdi. Elə deyilmi?

Bəs yaxşı müxtəlif yerlərdən alış-veriş edən müştərilər həmin yerlərdən keşbek alaraq Bravo’da xərcləyirsə bu adı çəkilən şirkətə necə sərf edə bilər. Digər şirkətlər bonusa görə satış eləsin, Bravo isə həmin bonusların müqabilində pulsuz məhsul paylasın? Yox, burada nəyisə səhvdir. Səhv mexanizmin düzgün qurulmamasındadır və bu halda zərbə ən fağır şirkətlərin başında partlayır. Bu mexanizm yenidən nəzərdən keçirilərək dəyişilməsə çətin ki, gələn il bu vaxt Umico bonuslarınızdan istifadə edərək Bravo’dan çörək aldınız.

Tariyel Ağazadə

Rəy yaz

Rəyinizi yazın
Adınızı daxil edin